Fabrikdə partlayış: ölən və itkin düşənlər var

Fabrikdə partlayış: ölən və itkin düşənlər var

3 Dekabr 2019 13:04
Bəyəndim (1) Bəyənmədim (0)

Çin paytaxtında qida emalı fabrikində baş verən partlayış nəticəsində bir nəfər ölüb, 2 nəfər itkin düşüb. Hadisə nəticəsində 11 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

Oxumeni.az xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 3 radələrində Pekinin şimal hissəsindəki Şunyi rayonunda yerləşən "Kyo-Nichi Dodai" şirkətinə məxsus lobya emalı fabrikində baş verib. Partlayışdan sonra alov meydana gəlib. Yanğınsöndürənlər qısa müddətdə yanğını nəzarət altına ala biliblər.

Hazırda ərazidə itkin düşənlərin axtarış işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az