Ana və övladının öldüyü dəhşətli qəzanın görüntüsü yayıldı + Video

Ana və övladının öldüyü dəhşətli qəzanın görüntüsü yayıldı + Video

3 Dekabr 2019 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının Tatarıstan Respublikasında “Hyundai Accent”in yük maşını ilə toqquşması nəticəsində bir qadın və onun azyaşlı qız övladı vəfat edib.

Oxumeni.az xəbər verir ki, qəza barədə Rusiya Daxili İşlər Nazirliyinin Regional İdarəsindən məlumat verilib.

Qəza ötən gün respublikanın Mendeleyev rayonunda qeydə alınıb. Hər iki zərərçəkən avtomobildə olublar. Qeydə alınmış görüntülərdə aydın müşahidə olunur ki, qəzaya düşən avtomobil yüksək sürətlə qarşı yola çıxaraq, yolun sürüşkən olması nəticəsində idarəetməni itirir və əks istiqamətdə gələn yük maşınına çırpılır.

Zərbə nəticəsində avtomobil arxadan gələn digər yük maşınının hərəkət istiqamətinə yuvarlanır və ikinci toqquşma baş verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)