“Tisoy” 13 nəfərin həyatına son qoydu + Video

“Tisoy” 13 nəfərin həyatına son qoydu + Video

5 Dekabr 2019 10:48
Bəyəndim (1) Bəyənmədim (0)

Filippində hökm sürən “Tisoy” qasırğası 13 nəfərin həyatına son qoyub. Oxumeni.az bildirir ki, bu barədə “argumenti.ru” xəbər verib.

Polisin məlumatına görə, beş nəfər Bikol rayonunda, daha beş nəfər Mimaropa bölgəsində, digərləri isə Keson əyaləti və Leyte adasında dünyasını dəyişib.

Bundan başqa, 300 mindən çox insan daşqın təhlükəsi altındadır.

Xatırladaq ki, “Tisoy” qasırğası Filippinə dekabrın 2-də gəlib. 500 mindən çox insan təhlükəli ərazidən təxliyyə olunub. Qasırğanın ərazini dekabrın 5-də tərk edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az