Güclü yağış Bakıda nəqliyyatın hərəkətində çətinliklər yaradıb + Video

Güclü yağış Bakıda nəqliyyatın hərəkətində çətinliklər yaradıb + Video

13 Dekabr 2019 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıya yağmağa başlayan güclü yağış bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Oxumeni.az xəbər verir ki, müntəzəm marşrut üzrə hərəkət edən nəqliyyat vasitələrinin intervalında gecikmələrə səbəb olub.

Yolların su basması maşınların hərəkətini çətinləşdirib ki, bu da nəqliyyatın hərəkətində sıxlığın yaranmasına səbəb olub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan daxilində 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Rayonlarda da arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az