Kömür mədənində baş verən partlayış 14 nəfərin ölümünə səbəb olub

Kömür mədənində baş verən partlayış 14 nəfərin ölümünə səbəb olub

17 Dekabr 2019 10:00
Bəyəndim (1) Bəyənmədim (0)

Çinin Quycou vilayətində kömür mədənində baş verən partlayış 14 nəfərin ölümünə səbəb olub.

Oxumeni.az yerli hakimiyyət orqanlarına istinadla xəbər verir ki, hadisə Anlon qəzasında yerli vaxtla gecə saat 1:30 radələrində baş verib. Hadisə baş verərkən mədəndə 23 şaxtaçı olub. Xilasedicilər mədəndən 7 nəfəri sağ çıxara biliblər, 14 nəfərin meyiti tapılıb.

Hazırda qalan iki nəfərin axtarış işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az