Çində 5,2 bal gücündə zəlzələ olub

Çində 5,2 bal gücündə zəlzələ olub

18 Dekabr 2019 22:00
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin cənub-qərbindəki Siçuan vilayətində 5,2 bal gücündə zəlzələ olub.

Oxumeni.az Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Neycian şəhərinin Cicon qəzasında yerli vaxtla səhər 8:14-də qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 14 kilometr dərinlikdə olub. İlkin məlumata əsasən, 7 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb. Orta məktəblərdən şagirdlər təxliyə edilib.

Zəlzələ baş verən regiona mülki müdafiə qüvvələri, xilasedicilər, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Dəmir yolunda və avtomagistrallarda sürət həddi endirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az