ABŞ-da təyyarə düşdü, azı 5 ölü + Video

ABŞ-da təyyarə düşdü, azı 5 ölü + Video

29 Dekabr 2019 11:30
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Luiziana ştatının Lafayett şəhərində yüngülmühərrikli təyyarə düşüb. Oxumeni.az-ın “REN TV”yə istinadən bildirir ki, onun göyərtəsində altı nəfərin olduğu güman olunur.

Qəza Bakı vaxtı ilə saat 19:22 radələrində baş verib. Təyyarə “Walmart” mağazası yaxınlığındakı parkinqə düşüb.

Ölənlər barədə rəsmi məlumat daxil olmayıb. Lakin “KPEL” radiostansiyası iddia edir ki, hadisə nəticəsində azı beş nəfər ölüb.

İnsidentin baş vermə səbəbləri müəyyən edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)