Kəşmir vilayətində naməlum xəstəlik üzündən  10 uşaq ölüb

Kəşmir vilayətində naməlum xəstəlik üzündən 10 uşaq ölüb

21 Yanvar 2020 14:33
Bəyəndim (0) Bəyənmədim (11)

Səbəbi bilinməyən naməlum xəstəlik üzündən son iki həftədə 10 uşaq ölüb.

Oxuməni.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Hindistanın Kəşmir vilayətində baş verib.

Hind mediasında yayılan xəbərlərə görə, bəzi uşaqların yüksək hərarət və qusma ilə bağlı şikayətləri olub. Eyni xəstəlikdən 6 uşağın vəziyyətinin kritik olduğu deyilir.

Hadisənin ardından bölgəyə gələn həkimlər xəstəliyin əsas səbəbinin tapılması ilə bağlı araşdırmaların aparıldığını qeyd edib.

Oxuməni.az