Burkina-Fasoda terror aktı həyata keçirilib

Burkina-Fasoda terror aktı həyata keçirilib

22 Yanvar 2020 12:21
Bəyəndim (0) Bəyənmədim (3)

Burkina-Fasonun şimalında azı 36 nəfər terror qurbanı olub. Oxuməni.az bildirir ki, bu barədə ölkənin “RTB” radiostansiyası məlumat yayıb.

Hadisə yanvarın 20-də Naqraoqoda yerləşən bazarda baş verib. Terrorçular 32 vətəndaşı öldürüb, bazarı yandırıb və oranı tərk ediblər. Onlar Alamu kəndi yaxınlığında daha 4 nəfərin həyatına son qoyublar. Bundan əlavə, hücum nəticəsində 3 nəfər yaralanıb.

Hökumət ölən və yaralananların ailələrinə başsağlığı verib.

Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Oxuməni.az