Türkiyədə ardıcıl zəlzələlər: 1000-dən artıq ölən və yaralanan var

Türkiyədə ardıcıl zəlzələlər: 1000-dən artıq ölən və yaralanan var

25 Yanvar 2020 09:09
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyənin Elazığ vilayətinin Sivricə ilçəsində dünən yerli vaxtla 20:55-də 6,8 bal gücündə zəlzələ baş verib.

Oxuməni.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, zəlzələ Türkiyənin bir çox şəhərlərində və İraqın şimalında da hiss edilib.Yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.

Elazığda yerli vaxtla 20:55-də (Bakı vaxtı ilə 21:55-də) baş verən 6,8 ballıq zəlzələnin yerin 6,75 km dərinliyində qeydə alındığı bildirilib.

Qəndilli Rəsədxanası zəlzələnin 6,5 bal gücündə olduğunu rəsmən təsdiqləyib.

Zəlzələ Kilisdən Samsuna qədər hiss edilib.

Bunun ardınca isə Bakı vaxtı ilə 22:08-də 5,4, 22,17-də isə 5,1 bal gücündə daha iki zəlzələ qeydə alınıb.

Zəlzələdən sonra bütün qurumlar fövqəladə vəziyyətə gətirilib. Baş Qərargah başda olmaqla, bütün fövqəladə vəziyyət mərkəzləri aktiv edilib

Son məlumatlara görə, Elazığ, Malatya, Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş və Şanlıurfa şəhərlərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb. Hadisə nəticəsində 1015 nəfər ölən və yaralanan var.

Oxuməni.az