Braziliyada yaranan leysanlar 53 nəfərin həyatına son qoyub

Braziliyada yaranan leysanlar 53 nəfərin həyatına son qoyub

27 Yanvar 2020 09:36
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliya höküməti güclü leysanlar nəticəsində Minas Jerays və Espiritu-Santu ştatlarında müşahidə olunan leysanlar 53 nəfərin həyatına son qoyub.

“RİA Novosti” xəbər verir ki, Minas Jerays ştatında 44, Espiritu-Santu ştatında isə doqquz nəfər həlak olub.

Daha 19 nəfərin itkin düşdüyü deyilir.

Bölgənin 99 şəhərində fövqəladə hal elan edilib.

Aleqre şəhərinin valiliyi su dambasının dağılma ehtimalı barədə əhaliyə xəbərdarlıq edib.

Bölgədə yaşayan 20 mindən çox insan təbii fəlakət nəticəsində evlərini tərk etməyə məcbur olub.

Oxuməni.az