Əfqanıstanda 83 sərnişinin olduğu təyyarə qəzaya uğradı

Əfqanıstanda 83 sərnişinin olduğu təyyarə qəzaya uğradı

27 Yanvar 2020 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın şərqindəki Qəzni əyalətində "Ariana Afghan Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Oxuməni.az Trend-ə istinadən bildirir ki, təyyarədə 83 sərnişin olub.

Təyyarə "Taliban" radikal hərəkatının nəzarətində olan dağlıq əraziyə düşüb.

Bəzi məlumatlara əsasən, təyyarə yanmağa başlayıb.

Hadisənin digər təfərrüatları məlum deyil.

Oxuməni.az