Neftçalada "Mercedes" və "Kia" toqquşub, biri yanıb
Neftçala rayonunda “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxuməni.az-a verilən məlumata görə, nəticədə, "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxuməni.az
Digər xəbərlər