Güclü külək sərhəddə fəsadlara səbəb oldu

Güclü külək sərhəddə fəsadlara səbəb oldu

30 Yanvar 2020 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü külək ABŞ-Meksika sərhədində inşası davam etdirilən divarı uçurub.

“The Guardian” nəşri ABŞ sərhədçilərinə istinadən məlumat verir ki, güclü külək sərhəd divarını uçuraraq bir hissəsini Meksika ərazisinə atıb.

Qeyd edək ki, sözügedən sərhəd divarı Donald Trampın göstərişi əsasında Meksika ilə sərhəddən istifadə edərək ABŞ-a daxil olan miqrantların qarşısını almaq məqsədilə inşa etdirilir.

Bu divarın tikilməsi hazırkı prezidentin seçki platformasına daxil edilmişdi.

Oxuməni.az