Türkiyədə uçuş-enmə zolağından çıxan təyyarə parçalanıb

Türkiyədə uçuş-enmə zolağından çıxan təyyarə parçalanıb

5 Fevral 2020 21:37
Bəyəndim (1) Bəyənmədim (0)

İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.

Oxuməni.az xəbər verir ki, Türkiyənin Nəqliyyat naziri Cahit Turhan təyyarədə 171 sərnişinin və 6 ekipaj üzvünün olduğunu bildirib. İlkin məlumata görə, qəza nəticəsində həlak olan yoxdur. Yaralıların təxliyəsi hazırda davam etdirilir.

Hava limanında uçuşlar müvəqqəti dayandırılıb.

Oxuməni.az