“Cənnət Park"da güclü yanğın

“Cənnət Park"da güclü yanğın

6 Fevral 2020 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

“Cənnət Park" yaşayış kompleksində yanğın baş verib.

TƏBİB-dən Oxuməni.az-a bildirilib ki, yanğın nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan FHN-in 4 işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub.

Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir.

Oxuməni.az