Gürcüstanda sərnişin qatarında yanğın

Gürcüstanda sərnişin qatarında yanğın

14 Fevral 2020 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.

Oxuməni.az Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanğına kontakt şəbəkəsində baş verən qısaqapanma səbəb olub.

Qəza nəticəsində qatarın hərəkəti dayandırılıb və sərnişinlər alternativ yolla təyinat məntəqəsinə çatdırılıblar.

Sərnişinlər qatardan təxliyə edilib. Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.

Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Oxuməni.az