Fransada təyyarə qəzası

Fransada təyyarə qəzası

17 Fevral 2020 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Aveyron bölgəsində turist təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb.

Oxuməni.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Təyyarənin aerodromdan bir neçə kilometr aralıda qəzaya uğradığı deyilib.

Pilot və üç sərnişin hadisə zamanı yerindəcə həlak olublar.

Prokurorluq qəza ilə əlaqədar istintaqa başlayıb. Təyyarənin güclü küləyin təsirindən qəzaya uğradığı istisna edilmir.

Oxuməni.az