Uhanada Xəstəxananın baş həkimi koronavirusdan öldü

Uhanada Xəstəxananın baş həkimi koronavirusdan öldü

18 Fevral 2020 12:26
Bəyəndim (1) Bəyənmədim (0)

KORONAVİRUS COVİD-19 ilə mübarizə aparmaq üçün tikilmiş müvəqqəti hospitalın baş həkimi Uhanada dünyasını dəyişib.

Oxuməni.az vesti.ru-ya istinadən xəbər verir ki, Çin hakimiyyəti bu məlumatı təsdiqləyib. Bu, ÇXR-in tibb müəssisəsinin rəhbərinin koronavirusdan ölməsinin ilk hadisəsi oldu.

Liu Zhimina 51 yaşında idi. 1969-cu ildə Hubei əyalətində anadan olub. 1991-ci ildə Uhan Universitetinin tibb fakültəsini bitirib, kranial beyin xəsarətlərinin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşıb.

Əvvəllər Koronavirusdan Uhanada yeni bir xəstəliyin baş verməsi barədə ilk məlumat verən bir həkim öldü. Fevralın 14-də Uhan Xəstəxanasının tibb bacısının ölümü məlum olub. Liu Fan 59 yaşında dünyasını dəyişib.

Çində cəmi yeni koronavirus tipi ilə 72 mindən artıq insan yoluxmuşdur ki, bunun da 1,7 mini tibb işçisidir. ÇXR-dən kənarda Rusiya da daxil olmaqla, 25 ölkədə yoluxma halları aşkar edilib.

Oxuməni.az