Kalmıkiyada yol qəzasında altı nəfər həlak olub

Kalmıkiyada yol qəzasında altı nəfər həlak olub

19 Fevral 2020 12:05
Bəyəndim (1) Bəyənmədim (1)

Kalmıkiyadakı Troitski kəndində iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər yerində həlak olub, daha bir nəfər isə xəstəxanada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Oxuməni.az "İnterfaks"-a istinadən xəbər verir ki, Rusiya DİN-in məlumatına görə, avtomobilini idarə edən Datsun yerli sakini ikinci dərəcəli yoldan yola çıxarkən "Lada-Qrant"avtomobili ilə toqquşmaya yol verib, nəticədə hər iki sürücü və üç sərnişin həlak olub, daha bir sərnişin xəstəxanaya yerləşdirilib.

Hazırda faciə yerində Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları, istintaq-əməliyyat polis qrupu və təcili xidmət işçiləri hadisənin səbəb və hallarını müəyyən edirlər.

Oxuməni.az