Gəncədə 51 yaşlı qadının üzərinə qaynar su qazanı aşıb
Gəncə şəhərində qadın ehtiyatsızlıqdan xəsarət alıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Yasəmən Abbasova yaşadığı evdə üzərinə qaynar suyun dağılması nəticəsində yanıq xəsarətləri alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxuməni.az
Digər xəbərlər































































































