Avropada şok: metrolar bağlandı

Avropada şok: metrolar bağlandı

20 Mart 2020 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Koronavirusun İtaliya və İspaniyada ürküdücü səviyyəyə çatması İngiltərəni də hərəkətə keçirib.

Oxuməni.az xəbər verir ki, İngiltərə hökumətinin qərarı ilə ölkə ərazilərindəki bütün metrostansiyaların fəaliyyəti dayandırılıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 20 min hərbi qüvvə fövqəladə vəziyyət üçün hazır vəziyyətə gətirilib.

İngiltərə Baş naziri Boris Conson yaxın həftələrdə koronavirusun öhdəsindən gələ biləcəklərini açıqlayıb:

“Qarşıdakı 12 həftə ərzində koronavirusla bağlı qorxunc vəziyyəti əksinə dəyişə, bu virusu İngiltərədən geri qaytara bilərik. Ancaq bu, planlaşdırdığımız addımları ata bilsək olacaq”.

İngiltərədə son 24 saat ərzində 40 nəfərin həyatını itirməsi ilə ölü sayı 144-ə çatıb. Yoluxma halı isə 643 nəfər artaraq 3269-a yüksəlib.

Oxuməni.az