Tripolidə bir neçə partlayış nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Tripolidə bir neçə partlayış nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb

11 İyun 2020 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyanın paytaxtı Tripolinin müxtəlif yerlərində bir neçə partlayıcı qurğunun işə düşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Oxuməni.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Liviya24” kanalına Milli Barışıq Hökumətinin Səhiyyə Nazirliyi tərəfindən bildirilib.

Nazirliyin sözçüsü əl-Amin əl-Haşiminin sözlərinə görə, çərşənbə günü Tripolinin müxtəlif ərazilərində mina partlaması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisənin təfərrüatları barədə hələlik məlumat verilməyib.

Oxuməni.az