Göyçayda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət aldı

Göyçayda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət aldı

26 İyun 2020 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir ailənin 3 üzvü xəsarət alıb.

Oxuməni.az xəbər verir ki, hadisə ötən gün axşam saat 23:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

İki VAZ-2106 markalı minik avtomobilinin toqquşması nəticəsində Potu kənd sakinləri - 1983-cü il təvəllüdlü Vüqar Elbrus oğlu Abdullayev, onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Dursun Mətləb qızı Abdullayeva və iki azyaşlı övladı - 2017-ci il təvəllüdlü Uğur Vüqar oğlu Adullazadə və 2014-cü il təvəllüdlü Zəhra Vüqar qızı Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxuməni.az