Ağlasığmaz cinayət: İnsanları öldürərək yeyib, qalıqlarını basdırıb

Ağlasığmaz cinayət: İnsanları öldürərək yeyib, qalıqlarını basdırıb

31 Oktyabr 2019 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada qətl ittihamı ilə dindirilən şübhəli şəxs pişik, it və insanları öldürüb yediyini etiraf edib.

Rusiyanın Arxangelsk şəhərində 2016-2017-ci illərdə itkin düşmüş üç nəfərin axtarışı zamanı aparılan istintaqda ağlasığmaz gerçəklər aşkarlanıb.

Belə ki, hadisədən üç il sonra 51 yaşlı şübhəli dindirilib. O, cinayətini etiraf edib, cəsədləri harada basdırdığını deyib. Aparılan axtarışlar zamanı basdırılmış torbalarda cəsədlər tapılıb.

Sözügedən torbalarda üç insan və pişik, it sümükləri aşkarlanıb. Araşdırmalar qatilin cəsədlərin bəzi hissələrini qopararaq yediyini sübuta yetirib. Hazırda cinayətkarın başqa cinayətlərlə əlaqəsi araşdırılır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)