"Patriot"larla bağlı məsələ Aİ iclasında müzakirə ediləcək

"Patriot"larla bağlı məsələ Aİ iclasında müzakirə ediləcək

19 Aprel 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynaya təcili şəkildə "Patriot" hava hücumundan müdafiə sistemləri və onlar üçün ehtiyyat hissələrinin verilməsi artıq Avropa İttifaqına (Aİ) üzv ölkə rəhbərləri tərəfindən qarşısı alınmaz zərurət kimi başa düşülür. Məsələnin ciddiliyini nəzərə alaraq Aİ-yə üzv ölkələrin xarici işlər və müdafiə nazirləri aprelin 22-də keçiriləcək görüşdə bu məsələni müzakirə edəcəklər.

Öz növbəsində Ukrayna xarici işlər nazirliyi bildirib ki, Aİ rəsmilərinin Brüsseldə keçiriləcək görüşündə müzakirələr zamanı Ukraynaya "Patriot"ların və onların ehtiyyat hissələrinin verilməsi ilə bağlı məsələnin müsbət həllini tapacağına ümid edir.

Oxuməni.az