Bombardmançı təyyarənin qəzaya uğraması səbəbləri araşdırılır

Bombardmançı təyyarənin qəzaya uğraması səbəbləri araşdırılır

19 Aprel 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada qəzaya uğrayan strateji təyinatlı "Tu-22M3" bombardmançı təyyarəsi ilə bağlı araşdırmalar davam edir. Bununla bağlı Rusiya müdafiə nazirliyindən bildiriblər ki, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğraması ehtimal edilir. Təyyarə qəzaya uğrayan zaman katapult edən 4 nəfərdən 1-i ölüb, 3-ü isə sağ tapılıb. Onlardan 2-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib

Xatırladaq ki, strateji təyinatlı "Tu-22M3" bombardmançı təyyarəsi Ukraynadakı hədəflərə zərbələr endirdikdən sonra geri qayıdarkən naməlum səbəblərdən Stavropol üzərində qəzaya uğrayıb.

Oxuməni.az