Putin indi gözünü Finlandiyaya dikib və onun təhlükəsizliyini təhdid edir

Putin indi gözünü Finlandiyaya dikib və onun təhlükəsizliyini təhdid edir

19 Aprel 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiya NATO-ya üzv olduqdan sonra Qərblə sürətli inteqrasiyaya başlayıb. Demək olar ki, Finlandiya ilə beynəlxalq qurumlar arasında inteqrasiya bütün sahələrdə inkişaf etdirilir.

Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Finlandiyaya baş tutan səfəri də sübut edir. Leyen səfər çərçivəsində Finlandiya-Rusiya sərhədinə səfər edib və oradakı vəziyyətlə tanış olub.

Səfərin nəticələrinə həsr olunan mətbuat konfransında Leyen deyib ki, Finlandiya sərhədlərinin təhlükəsizliyini mükəmməl şəkildə qoruyur. Onun sözlərinə görə, Finlandiyaya ən böyük təhlükə Rusiyadan gəlir və Putin gözünü bu ölkəyə dikib.

Oxuməni.az