Çində metallurgiya zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb

Çində metallurgiya zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb

27 İyul 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Henan əyalətində cümə günü, iyulun 26-da metallurgiya zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb, Çinin Sohu nəşri xəbər verir.

"Yonqçen şəhərindəki Gaozhuang Sənaye Parkında alüminium çubuqların istehsalı zamanı qəlib partlayıb, nəticədə 5 nəfər ölüb, 14 nəfər yüngül xəsarət alıb", - məlumatda deyilir.

Hazırda bərpa işləri və qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Müəssisənin məsul şəxsləri saxlanılıb.

Dünən Bolqarıstanda pirotexniki vasitələrin olduğu anbarlarda baş verən yanğında iki nəfər xəsarət alıb. Qeyd olunur ki, yanğın Sofiya vilayətinin Elin-Pelin icmasında baş verir. Yanğının nədən baş verdiyi hələlik məlum deyil.

Oxuməni.az