Artem Dovbik "Qızıl top"a namizəddir: Messi və Ronaldo siyahıda yoxdur
Ukrayna millisinin və İtaliyanın "Roma" klubunun hücumçusu Artem Dovbik "France Football"dan "Qızıl top"a namizəd olub. O, son 20 ildə futbol dünyasının ən nüfuzlu şəxsi mükafatını almaq şansı qazanan ilk ukraynalı olub.
Bu barədə Fransanın milli idman qəzeti L'Équipe xəbər verib.
Çərşənbə günü "Qızıl top"a 30 namizədin siyahısı açıqlanıb. Mükafatlara iddialılar arasında ən çox “Mançester Siti” və “Real Madrid”də çıxış edənlərdir.
Dovbik ötən mövsüm İspaniya "Jirona"sındakı çıxışı ilə siyahıya düşməyə layiq idi.
Oxuməni.az
Digər xəbərlər