Vladimir Putin :Durovla illər əvvəl Moskvada bir dəfə görüşdüm

Vladimir Putin :Durovla illər əvvəl Moskvada bir dəfə görüşdüm

5 Sentyabr 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı Parisdə saxlanılan Telegram-ın yaradıcısı Pavel Durovun işini şərh edib.

“Mən Durovla illər əvvəl Moskvada bir dəfə görüşdüm. O, sadəcə planlardan danışırdı. Mən mütəmadi olaraq iş adamları ilə görüşürəm, o da görüşlərin birində idi - Kremldə idi. O vaxtdan bəri biz bir-birimizi görməmişik, onunla heç vaxt əlaqə saxlamamışıq, niyə Bakıda görüşməliyik - düzünü başa düşmürəm, Biz özümüzü biznesdən kənarlaşdırmırıq, ona görə də onun hər hansı istəyi olsaydı, Moskvada mənimlə görüşə bilərdi, mən bu barədə heç nə bilmirəm. Amma mən onun Moskvada yaşadığını güman edirdim.”, - deyə o bildirib.

Putinin sözlərinə görə, Parisin Pavel Durovla bağlı hərəkətləri “çox aydın deyil”.

Orxan Rəhimov