Çoban qızı Monqolustanı Miss Universe 2024 gözəllik müsabiqəsində təmsil edir

Çoban qızı Monqolustanı Miss Universe 2024 gözəllik müsabiqəsində təmsil edir

6 Sentyabr 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Çoban qızı Nominzul Zandan bu ilin noyabrında Meksikanın paytaxtı Mexikoda keçiriləcək "Miss Universe 2024" müsabiqəsində Monqolustanı təmsil edəcək.

Nominzul "Miss Universe Mongolia 2023" müsabiqəsinin qalibidir, lakin "Miss Universe Mongolia 2023" müsabiqəsi başlayanda yetkinlik yaşına çatmadığı üçün iştirak edə bilməyib.

Bir il sonra, "Miss Universe Mongolia" təşkilatının tələbi ilə Nominzul Zandan Monqolustanı 2024-cü il müsabiqəsində təmsil edəcək iştirakçı kimi təsdiqləndi.

Nominzul Bulqan vilayətinin Moqod sumunda çoban ailəsində doğulub boya-başa çatıb.

Oxuməni.az