Ağ Ev Ukraynaya 6 milyard dollarlıq yardımla bağlı Konqreslə danışıqlar aparır

Ağ Ev Ukraynaya 6 milyard dollarlıq yardımla bağlı Konqreslə danışıqlar aparır

6 Sentyabr 09:04
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya müdafiə üçün 6 milyard dollarlıq yardımın istifadəsinə icazə vermək üçün təcili olaraq Konqreslə danışıqlar aparır. Sentyabrın 30-da, müddət bitdikdən sonra məsələ razılaşdırılmalıdır.

Qeyd olunur ki, Ukraynaya 61 milyard dollarlıq yardım paketinin əsas komponenti olan və aprel ayında qəbul edilmiş qərara uyğun olaraq prezidentə ABŞ ehtiyatlarından müdafiə malları və xidmətlərini köçürməyə imkan verir.

Agentlik xatırladıb ki, avqustun 23-də Ağ Ev Ukraynaya 125 milyon dollar dəyərində yeni müdafiə yardımı paketini elan edib. Buraya hava hücumundan müdafiə raketləri, pilotsuz uçuş aparatları, tank əleyhinə raketlər və döyüş sursatları daxildir.

Oxuməni.az