Suriyanın şimal-qərbində 12 əsgər öldürülüb

Suriyanın şimal-qərbində 12 əsgər öldürülüb

5 Sentyabr 20:11
Bəyəndim (0) Bəyənmədim (0)


Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) sentyabrın 4-də Suriyanın şimal-qərbində 12 suriyalı əsgərin öldürüldüyünü bildirib. Bu, 2023-cü ilin sentyabrından bəri bölgədə ən yüksək hərbi ölüm sayıdır.

AFP-nin məlumatına görə, əsgərlər Əl-Qaidə ilə əlaqəli intihar hücumları zamanı öldürülüb.

SOHR hesabatında bildirilir ki, ölən əsgərlər arasında bir zabit də var. “Həyat Təhrir əş-Şam” qruplaşmasının əməliyyatı zamanı 12 nəfərin hamısı öldürülüb. Qrupun yaraqlıları İdlibə bitişik şimal Latakiyadakı Suriya mövqelərinə sızıblar. AFP əsgərlərin kamikadzenin hücumu nəticəsində həlak olduğunu iddia edir.

Qrup hazırda İdlib əyalətinin bir hissəsinə və qonşu Hələb, Həma və Latakiyanın bir hissəsinə nəzarət edir. İdlib bölgəsində 2020-ci ildən atəşkəs rejimi qüvvədədir.

Oxuməni.az