İsrail və Fələstin mübahisəli məsələlərdə razılığa gəlməlidirlər

İsrail və Fələstin mübahisəli məsələlərdə razılığa gəlməlidirlər

6 Sentyabr 07:27
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail və Fələstinin HƏMAS qrupu Qəzza zolağında atəşkəslə bağlı razılığa gəlmək üçün qalan mübahisəli məsələlərdə razılığa gəlməlidir.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Gördüklərimə görə, məsələlərin 90%-i razılaşdırılıb, lakin hələ də həllini gözləyən bir neçə məsələ, o cümlədən Misirlə həmsərhəd olan “Filadelfiya dəhlizi” barədə fikir ayrılıqları var".- deyə Blinken Haitidə keçirdiyi brifinqdə mətbuat konfransı zamanı bildirib.

Amerika diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, sazişdə israilli girovlarla fələstinli məhbusların mübadiləsinin necə baş verməsi ilə bağlı bəzi boşluqlar var.

Oxuməni.az