Kolumbiya rəhbəri casus proqramlardan istifadə ilə bağlı araşdırma aparılmasına göstəriş verib

Kolumbiya rəhbəri casus proqramlardan istifadə ilə bağlı araşdırma aparılmasına göstəriş verib

5 Sentyabr 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Kolumbiya prezidenti Qustavo Petro İsrailin “Pegasus” casus proqram təminatının alınması və onun keçmiş dövlət başçısı İvan Dukenin hökuməti tərəfindən istifadəsi ilə bağlı halların araşdırılmasına göstəriş verib.

“Necə oldu ki, onlar rabitəyə nəzarət edən proqram təminatı almaq üçün İsrailə 11 milyon dollar veriblər?” - Petro X (keçmiş Twitter) səhifəsində yayımlanan müraciətində bildirib.

Dövlət başçısı deyib ki, o, polisə “proqram təminatını Baş Prokurorluğa təhvil vermək” barədə göstəriş verib. "Lazım gələrsə, Baş Prokurorluq tərəfindən aparılmalı olan istintaqa kömək etmək üçün xarici ekspertlər gəlsin və biz bütün halları öyrənməliyik" dedi.

Oxuməni.az