Dominikan Respublikasında Maduronun ikinci təyyarəsi saxlanılıb

Dominikan Respublikasında Maduronun ikinci təyyarəsi saxlanılıb

5 Sentyabr 12:45
Bəyəndim (5) Bəyənmədim (0)


Venesuela hökumətinin ikinci təyyarəsi Dominikan Respublikasında saxlanılıb, təyyarəyə
respublikanı tərk etmək qadağan edilib. Bu barədə Dominikanın “Diario Libre” nəşri məlumat
yayıb.
Təyyarənin ABŞ hakimiyyətinin tələbi ilə saxlanıldığı bildirilir. Təyyarə beynəlxalq hava
limanında yerləşir və ona məhkəmənin icazəsi olmadan hərəkət etmək qadağandır.
Söhbət Xoakin Balaqer adına Beynəlxalq Hava Limanında yerləşən “Falcon 2OOOEX”
təyyarəsindən gedir. Fransa istehsalı olan laynerin qiyməti 8-11 milyon dollar arasında
qiymətləndirilir. Hazırda təyyarə həbs edilməyib.
“Diario Libre” “JetPhotos” xidmətinə istinadən qeyd edir ki, “Falcon”-un qeydə alınan yeganə
uçuşu 14 sentyabr 2019-cu ildə həyata keçirilib. Həmin vaxt təyyarə Maltaya uçub.
Xatırladaq ki, ABŞ sentyabrın 2-də Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini həbs
edərək Floridaya aparmışdı. ABŞ Ədliyyə Nazirliyi təyyarənin ABŞ-ın sanksiya qanunlarının
pozulması səbəbindən müsadirə edildiyini bildirib.
Almaz Həsənli