Ukrayna NASAMS sistemini 2025-ci ilin əvvəlində Kanadadan alacaq

Ukrayna NASAMS sistemini 2025-ci ilin əvvəlində Kanadadan alacaq

6 Sentyabr 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Kanada müasir NASAMS orta mənzilli hava hücumundan müdafiə sistemini Ukraynaya ötürməyi planlaşdırır. Bu, gələn ilin əvvəlində baş verəcək.

Bunu Kanadanın müdafiə naziri Bill Bleyer deyib.

Onun sözlərinə görə, Kanada hələ 2023-cü ildə 10 NASAMS sisteminin istehsalı üçün ABŞ-ın sifarişinə qoşulub. Silah istehsalçısı Raytheon bu sistemləri tezliklə təhvil verəcəyini vəd edib.

“Bizim sistemlərimiz bu tranşa daxil ediləcək və biz onları dərhal Ukraynaya göndərəcəyik”, - deyə nazir bildirib.

NASAMS-ın Ukraynaya 2025-ci ilin əvvəlində gələcəyi gözlənilir. Xatırladaq ki, 2022-ci ilin iyulunda ABŞ Ukrayna üçün iki NASAMS aldığını açıqlamışdı və iki ay sonra sifarişə daha altı ədəd əlavə etmişdi.

Oxuməni.az