ATACMS Ukraynaya hücum edən Rusiya təyyarələrinin 90%-ni vura bilməyəcək

ATACMS Ukraynaya hücum edən Rusiya təyyarələrinin 90%-ni vura bilməyəcək

5 Sentyabr 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın ATACMS-in köməyi ilə Rusiya aviasiyasını vura biləcəyi ilə bağlı fikir səhvdir. Bombardman edən təyyarələrin 90%-i Ukrayna sərhədlərindən 300 kilometrlik zonadan kənarda yerləşir.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı məlumat verib.

Kirbinin sözlərinə görə, uzun mənzilli ATACMS sayəsində Ukraynanın Rusiya hərbi təyyarələrini vura biləcəyi ilə bağlı fikirlər yanlışdır. Bu, Rusiyanın belə təyyarələrin 90%-ni Ukrayna sərhədlərindən 300 kilometrlik zonadan kənarda saxlaması ilə bağlıdır.

"Ukraynaya uzun mənzilli ATACM-lər versək, onların hava bazalarını və Ukraynaya atəş açan təyyarələrin əksəriyyətini vura biləcəkləri fikri düzgün deyil", - Kirbi bildirib.

Oxuməni.az