Zelenski Ramşteyn görüşü ərəfəsində Makrona zəng edib

Zelenski Ramşteyn görüşü ərəfəsində Makrona zəng edib

6 Sentyabr 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb. Söhbət Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Ramşteyn formatında növbəti iclası ərəfəsində baş tutub.

Bu barədəUkrayna prezidentinin rəsmi internet saytı məlumat yayıb.

Zelenski Makronla söhbəti “uzun və mənalı” adlandırıb. Ukrayna prezidenti xüsusilə Fransa liderini yeni baş nazir Mişel Barnierin təyin olunması münasibətilə təbrik edib.

"Fransa prezidenti Rusiyanın Lvov, Poltava və digər şəhər və icmalara hücumları ilə bağlı başsağlığı verib", - Ukrayna dövlətinin başçısı bildirib.

Oxuməni.az