Tramp 15 min transgenderi ABŞ ordusundan qovacaq

Tramp 15 min transgenderi ABŞ ordusundan qovacaq

25 Noyabr 12:53
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra ölkənin silahlı qüvvələrinin bütün transgender hərbçilərinin işdən çıxarılmasına səbəb olacaq fərman verməyi planlaşdırır. Bu barədə “The Times” yazır.
Hazırda ABŞ ordusunda 15 000-ə yaxın transgender var və onların xidmətə yararsız olduğu üçün tibbi olaraq tərxis olunması planlaşdırılır.
Mənbənin sözlərinə görə, yeni fərman 2018-ci ilin martında Trampın birinci prezidentlik dövründə qəbul edilmiş əvvəlki fərmandan daha sərt olacaq (Co Bayden bu qərarı 2021-ci ilin yanvarında ləğv edib). O zaman respublikaçı transgenderlərın hərbi xidmətə getməsini qadağan etmişdi, lakin artıq xidmət edənlərə hərbi fəaliyyətlərini davam etdirməyə icazə vermişdi. Yeni fərman hətta silahlı qüvvələrdə karyera qurmağı bacaran şəxslərin də vəzifədən azad edilməsini nəzərdə tutur.
"Orduda döyüşçü çatışmazlığı olan bir vaxtda bu insanlar vəzifələrindən qovulacaqlar. Yalnız Dəniz Piyadaları öz işə qəbul standartlarına cavab verir və bu qərardan təsirlənənlərdən bəziləri çox yüksək vəzifələrdədir", - mənbə bildirib.
Noyabrın 13-də “The Wall Street Journal” yazıb ki, Trampın komandası “generalları təmizləmək” üçün hərbi şura yaratmaq fərmanı üzərində işləyir. Nəşrin yazdığına görə, Tramp sərəncamı təsdiqləsə, liderlik keyfiyyətlərinə malik olmayan general və admiralların işdən çıxarılmasını sürətləndirə bilər. Bundan əlavə, bu sənəd “yuxarı rütbəli hərbi rəhbərlərə ayıq olmaq təsiri” göstərə bilər.
Almaz Həsənli