2023-cü ilin oktyabrından Qəzzada 337 yardım işçisi həyatını itirib
2023-cü ilin oktyabr ayından Qəzza zolağında ölən yardım işçilərinin sayı 337 nəfərə çatıb. Bu barədə BMT-nin İşğal olunmuş Fələstin Əraziləri üzrə Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında deyilir.
Təşkilatın məlumatına görə, döyüşlərin qurbanları arasında 330 fələstinli və 7 xarici vətəndaş var. Ölümlərin çoxu - 251 nəfər BMT strukturlarında baş verib. Onların böyük əksəriyyəti BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindəndir.
Qurbanlar arasında Fələstin Qızıl Aypara Cəmiyyətinin 33 işçisi və könüllüsü və digər humanitar təşkilatlardan 53 nəfər də var.
Oxuməni.az
Digər xəbərlər