Cənubi Koreya prezidenti hərbi vəziyyəti ləğv edib
Cənubi Koreya prezidenti Yoon Seok-Yol dekabrın 3-də elan edilmiş hərbi vəziyyətin (ML) başa çatdığını bildirib. Hərbi vəziyyət ölkədə cəmi altı saat davam edib. Bu barədə Yonhap xəbər verir.
Cənubi Koreya prezidentinin canlı çıxışı zamanı dediyinə görə, o, daha əvvəl “ölkəni ölkənin əsas funksiyalarını iflic etməyə və liberal demokratiyanın konstitusiya quruluşunu məhv etməyə çalışan anti-dövlət qüvvələrindən xilas etmək arzusu ilə” hərbi vəziyyət elan edib.
“Lakin Milli Assambleyanın hərbi vəziyyətin ləğvi ilə bağlı müraciəti ilə əlaqədar olaraq, gətirilən qoşunlar geri çəkilib”, - deyə Yol bildirib.
Oxuməni.az
Digər xəbərlər