Ukraynaya Rusiya aktivlərindən əldə edilən gəlir hesabına 50 milyard dollar köçürüləcək
ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, G7 ölkələri Rusiyaya məxsus dondurulmuş vəsaitlər hesabına əldə edilən gəlirdən 50 milyard dolları Ukraynaya köçürəcək.
“Yeddilik Qrupu ilə biz Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən 50 milyard dolları Ukryananın hesabına köçürürük. Biz istəyirik ki, Ukrayna öz iqtisadiyyatını və müdafiəsini dəstəkləmək üçün lazım olan vasitə və resurslara malik olsun”, – deyə o, Brüsseldə mətbuat konfransı zamanı bildirib.
2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatların başlamasından sonra Aİ və G7 ölkələri Rusiya Federasiyasının təxminən 300 milyard avroluq valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurublar.
Oxuməni.az
Digər xəbərlər