Makron Fransa hökumətini istefaya göndərib
Fransa prezidenti Emmanuel Makron parlamentin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnierin hökumətin istefası tələbini qəbul edib.
“Bu gün baş nazir hökumətin istefası ilə bağlı Respublika Prezidentinə ərizə təqdim edib. Mişel Barnier hökumət üzvləri ilə birlikdə yeni hökumət təyin olunana qədər cari işlərlə məşğul olacaq”, - Yelisey Sarayının bəyanatında deyilir.
Dekabrın 4-də Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq səsverməsi keçirib: müvafiq qətnamənin qəbulunu 574 deputatdan 331-i dəstəkləyib\
Oxuməni.az
Digər xəbərlər