Aİ-də doğum səviyyəsi rekord həddə düşüb

Aİ-də doğum səviyyəsi rekord həddə düşüb

7 Dekabr 12:15
Bəyəndim (0) Bəyənmədim (0)


2023-cü ildə Avropa İttifaqında rekord az sayda körpə doğulub, Financial Times Eurostat məlumatlarına istinadən yazır.

Statistika xidməti 4 milyon doğum proqnozlaşdırmışdı, lakin 3,665 milyon doğulmuşdur ki, bu da 1961-ci ildən bəri ən aşağı rəqəmdir. Göstərici də 2022-ci ilin səviyyəsinə nisbətən - 5,5% azalıb ki, bu da bütün müşahidələr tarixində ən ciddi azalma olub.

Nəşrin məlumatına görə, Aİ-də doğuşun pik səviyyəsi 1960-cı illərin ortalarına təsadüf edib və hazırda bu göstərici kəskin şəkildə aşağı düşüb.

BMT-nin əhali üzrə məsul əməkdaşı Quanyu Zhangın sözlərinə görə, Aİ sakinlərinin uşaq sahibi olub-olmamaq qərarlarına “gələcəklə bağlı qeyri-müəyyənlik, yaşayış və mənzil qiymətlərinin artması, həmçinin bir çox qlobal böhranlar, o cümlədən koronavirus pandemiyası, geosiyasi gərginliklər təsir edə bilər.

Doğum nisbətinin azalması tendensiyası ən çox Yunanıstan, İtaliya, İspaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrdə özünü göstərir. FT yazır ki, orada doğum nisbəti son on ildə ən azı dörddə bir azalıb.

Oxuməni.az