Suriyadakı silahlı müxalifət Deyr əz-Zor üzərində tam nəzarəti əldə etdiyini bəyan edib

Suriyadakı silahlı müxalifət Deyr əz-Zor üzərində tam nəzarəti əldə etdiyini bəyan edib

11 Dekabr 2024 11:53
Bəyəndim (0) Bəyənmədim (0)


Suriyadakı silahlı müxalifət ölkənin şimal-şərqində yerləşən Deyr əz-Zor şəhərini, o cümlədən onun ətrafında yerləşən Suriya Hərbi Hava Qüvvələrinin aerodromunu tamamilə nəzarətə götürüb.
Bu barədə Hərbi Əməliyyatlar İdarəsi (silahlı birləşmələrin rəhbər orqanı) özünün Telegram kanalında məlumat yayıb.
"Deyr əz-Zorun şərq və qərb ətrafının azad edilməsindən, rejim qüvvələrinin, eyni zamanda İran silahlılarının oradan qaçmasından sonra biz Deyr əz-Zor şəhərinin tamamilə azad edildiyini elan edirik", - bu barədə müxalifətin vahid komandanlığ departamenti polkovnik-leytenant Əbdül Qani Həsəndən sitat gətirir.
Almaz Həsənli