Paşinin iddia edir ki, Ermənistan 1994-cü ildən Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar aparıb
Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində paylaşım etdikdən sonra qalmaqalın mərkəzində olub.
Oxuməni.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan öz paylaşımında 2018-ci ildə Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi ilə bağlı məlumatı xalqdan gizlətdiyini və bununla da böyük səhvə yol verdiyini etiraf edib.
“1994-cü ildən, yəni atəşkəsdən sonra, başladığı andan Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi gedib”, - deyə o yazıb.
Ermənistanın baş nazirinin sözlərinə görə, danışıqlar prosesinin başqa məzmunu olmayıb.
"Ermənistan Respublikasında danışıqlar prosesinin digər məzmunu haqqında diskurslar yalnız daxili siyasi problemlərin həlli üçün tətbiq edilib. Bu kontekstdə böyük bir səhv etdim. 2018 - ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra yuxarıda qeyd olunanları özümə etiraf etmədim və buna görə də bütün bunları xalqa izah etmədim", - Paşinyan yazıb.
Nikol Paşinyanın paylaşımı istifadəçilərin sərt reaksiyasına səbəb olub. Artıq onun altında 800-ə yaxın şərh buraxılıb ki, onların əksəriyyətində baş nazirin ünvanına sərt tənqid, təhqir və nalayiq ifadələr yer alıb.
Almaz Həsənli