Fransız qoşunları Afrikanı tərk edir
Fransız qoşunları 2025-ci ilin yanvarında Kot-d'İvuardan çıxmağa başlayacaq və bu, Fransanın hərbi mövcudluğunun daha da azalmasına və regionda Qərbin təsirinin zəifləməsinə işarədir. Bu barədə ölkə prezidenti Alassan Uattara Yeni il müraciətində bildirib.
“Biz indi effektiv şəkildə modernləşmədən keçən ordumuzla fəxr edə bilərik. Məhz bu kontekstdə biz Fransa qüvvələrinin Kot-d'İvuardan koordinasiyalı və nizamlı şəkildə çıxarılmasına qərar verdik”, - deyə o bildirib.
Ölkədə 600-ə yaxın fransız əsgəri var. Qoşunların çıxarılmasına hərbi piyada batalyonunun Kot-d'İvuar qoşunlarına təhvil verilməsi daxildir.
Qərar son aylarda Fransa ilə əlaqələri zəiflətməyə çalışan Çad və Seneqalın oxşar addımlarından sonra verilib. Fransanın Qərbi Afrikadakı ən yaxın müttəfiqlərindən biri olan Ouattara əvvəllər Mali və digər ölkələri Rusiya PMC-ləri ilə əməkdaşlığa görə tənqid edib.
Ümumilikdə Fransa Kot-d;mso-spacerun:yes'> və Seneqaldan 1000-ə yaxın əsgərini geri çəkir. Bundan əvvəl terrorla mübarizə bəhanəsi ilə Sahel bölgəsində yerləşdirilən Fransa qüvvələri Mali, Burkina Faso və Nigeri tərk etmək məcburiyyətində qalıb.
Fransa Qabonda kiçik kontingentini və prezident Makronun keçən ay səfər etdiyi Cibutidə 1500 əsgəri olan hərbi bazasını saxlayır. Bunlar Fransanın onilliklər ərzində Qərbi və Mərkəzi Afrikanın çox hissəsində ən mühüm xarici güc olduğu post-müstəmləkəçilik “Fransafrika” siyasətinin ən son əks-sədalarıdır.
Almaz Həsənli