Husilər bir daha gəmilərə hücum etməyəcəklərini vəd ediblər

Husilər bir daha gəmilərə hücum etməyəcəklərini vəd ediblər

21 Yanvar 16:06
Bəyəndim (2) Bəyənmədim (0)


Yəmən Husilərinin “Ənsar Allah” hərəkatı kommersiya gəmilərinin sahiblərini və operatorlarını Qəzza zolağında atəşkəs əldə olunduğu üçün yanvarın 19-dan etibarən İsrailə bağlı olmayan gəmilərə hücumu dayandıracaqları barədə xəbərdar edib. Husilərin mətbuat xidmətinin rəhbərinin müavini Nəsrəddin Amer “TASS”-a bildirib ki, eyni zamanda hər hansı dövlət Yəməni vursa, qruplaşma yenidən hücumlara başlayacaq.
Qrup nümayəndəsinin sözlərinə görə, “Ənsar Allah” da İsrail ərazilərinə hücumları dayandırıb. Atəşkəs razılaşmasının “bütün mərhələləri tam yerinə yetirildikdən” sonra İsrailin ticarət gəmilərinə hücumun dayandırılması planlaşdırılır.
Husi qüvvələri ilə ticarət gəmiçiliyi operatorları arasında vasitəçilik edən Humanitar Koordinasiya Mərkəzi (HOCC) bildirib ki, husilər həqiqətən də Qırmızı dənizdə gəmilərə hücumu dayandırıblar.
Yanvarın 17-də İsrail və Fələstin “HƏMAS” hərəkatı atəşkəs və girov mübadiləsi sazişi imzalayıb. Yanvarın 19-da müqavilə qüvvəyə minib və həmin gün qruplaşma 3 nəfəri azad edib. Daha sonra İsrail Həbsxana Xidməti 90 fələstinli məhbusun azad edildiyini açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqarinin sözlərinə görə, “HƏMAS”-ın 94 nəfəri hələ də əsirlikdədir.
Almaz Həsənli